Saxta pulların dövriyyəsində təqsirləndirilən Tamerlan Hümbətovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə araşdırmasının yekunlaşdığı elan olunub. Prokuror təqsirləndirilənin 9 il azadlıqdan məhrum olunmasını təklif edib.
Tamerlan Hümbətovun vəkili çıxışa hazır olmadığından məhkəmədən vaxt istəyib.
Növbəti iclas dekabrın 3-nə təyin olunub.
İttihama görə, T.Hümbətov saxta pulları dövriyyəyə yararlı pullarla dəyişdirmək üçün kassalara verib.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurduqda) və 204.1-ci maddəsi ilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham olunub.
Elgün Həsənli