"Münasibətlərin gündəliyindəki əsas məsələ Bakıda Estoniya səfirliyinin açılması idi".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir deyib ki, hazırda ölkələr arasında 16 aktiv sənəd var:
"8 sənəd isə müzakirə olunur. Ötən il ticarət dövriyyəmiz 32 milyon ABŞ dolları həcmində olub. 70-ə yaxın Estoniya şirkəti Azərbaycanda fəaliyyət göstərir".
Qaynar xətt:
(055) 224 12 12