"Sülh körpüsü" təşəbbüsü qrupunun üzvləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın müavini Vaan Kostanyanla görüşüblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, görüş bu gün baş tutub.
Qeyd edək ki, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi davam edir.
Bu çərçivədə Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" təşəbbüsü çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib.