Ağstafada zəhərlənənlərin adları məlum olub.
Oxu.az-ın məlumatına görə, zəhərlənmə diaqnozu ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilənlər - Ağstafa rayon Aşğı Göycəli kənd sakinləri, 1964-cü il təvəllüdlü M.Mahmudov, 1971-ci il təvəllüdlü N.Mahmudova və 1995-ci il təvəllüdlü M.Mahmudovdur.
Onların müalicəsi davam etdirilir.
Xatırladaq ki, zərərçəkənlər bir ailənin üzvüdürlər və qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Ağstafada 3 nəfər qidadan zəhərlənib.
TƏBİB-dən Oxu.az-a bildirilib ki, noyabrın 6-da saat 13:10-da 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsində davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, zəhərlənənlər bir ailənin üzvüdürlər.
Ağstafada 3 nəfər qidadan zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, həmin rayon sakinləri Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onların qidadan zəhərləndiyi bildirilir.
Qeyd edək ki, zərərçəkənlər bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli