İranın Nişapur şəhərində 120 nəfər spirtli içkidən zəhərlənib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, zəhərlənənlərdən dördü vəfat edib, biri isə beyin ölümü keçirib.
Bununla yanaşı, 14 nəfərin reanimasiyaya yerləşdirildiyi, 40 nəfərin isə dializ aparatına qoşulduğu bildirilib.
Qaynar xətt:
(055) 224 12 12