Bakı TV-nin əməkdaşları peşə bayramı münasibətilə təbrik edilib.
Oxu.Az xəbər verir ki, TV rəhbərliyi televiziya kollektivinin fəaliyyətini yüksək qiymətləndirib, kanalın əldə etdiyi uğurlarda hər bir əməkdaşın əməyinin olduğunu vurğulayıb.
Bildirilib ki, qazanılan mükafatlar kollektivin birgə əməyinin nəticəsidir.
Eyni zamanda, əməkdaşlar da rəhbərliyə göstərilən dəstəyə görə təşəkkür ediblər.
Onlar "Global Media Group" ailəsinin bir hissəsi olmaqdan qürur duyduqlarını bildirərək əldə olunan nailiyyətlərin həm də böyük məsuliyyət yaratdığını qeyd ediblər.