Baku TV-nin rusdilli redaksiyası - Baku TV RU yaranmasının beşilliyini qeyd edir.
Oxu.Az xəbər verir ki, 2021-ci ildə fəaliyyətə başlayan kanal qısa müddətdə rəqəmsal mediada əhəmiyyətli uğurlara imza atıb.
İlk dövrlərdə ay ərzində cəmi bir neçə yüz min baxış toplayan Baku TV RU-nun bu göstəricisi 2024-cü ildə 50 milyona çatıb. Həmin il kanalın "YouTube" platformasındakı abunəçilərinin sayı bir milyonu ötüb. Son iki ildə isə ümumi baxış sayı bir milyard həddinə yaxınlaşıb.
Baku TV RU-nun əsas missiyalarından biri də rusdilli auditoriyanı Azərbaycanda baş verən hadisələr, eləcə də ölkəmizin beynəlxalq mövqeyi barədə obyektiv və dolğun məlumatlandırmaqdır.
Oxu.Az Baku TV RU-da çalışan həmkarlarını təbrik edir, yaradıcılıq uğurları arzulayır.