"İnfoschool bloger məktəbi 2"nin tələbələri Baku TV-nin qonağı olub.
Oxu.Az xəbər verir ki, infotur çərçivəsində gənclər televiziya fəaliyyətinin təşkili, xəbər istehsalı, çəkiliş və montaj prosesləri, eləcə də müasir media mühitinin iş prinsipləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, "İnfoschool bloger məktəbi 2" layihəsi çərçivəsində bir ay müddətində əvvəlcədən seçilmiş 20 gəncin iştirakı ilə silsilə təlimlər təşkil olunur.
Layihənin əsas məqsədi gənclərin media savadlığının artırılması, jurnalistika və blogerlik sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir informasiya mühitinin imkanlarından düzgün və səmərəli istifadə etmələrinin təmin olunmasıdır.