Ağstafa rayonunda 2 avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, zərərçəkənlər - 2001-ci il təvəllüdlü K.Musayev, onun həmyaşıdı H.Hüseynov, 2009-cu il təvəllüdlü N.Mehdiyev və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12