Təhsil İnstitutunun direktor müavini Fuad Qarayevin adından istifadə edilərək sosial şəbəkədə dələduzluq cəhdi edilib.
Oxu.Az xəbər verir ki, Fuad Qarayev bu barədə sosial şəbəkə hesabında xəbərdarlıq paylaşaraq bildirib ki, onun adından saxta "Instagram" hesabı yaradılıb və həmin profil vasitəsilə insanlardan pul istənilir.
O, tanışlarını və izləyicilərini belə müraciətlərə inanmamağa, saxta hesabdan göndərilən mesajlara cavab verməməyə və heç bir halda pul köçürməməyə çağırıb.
İqbal Ziya