İtaliya A Seriyasının XIII turunda "Komo" doğma meydanda "Yuventus"u 3:0 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, "Cüzeppe Sinilya" stadionunda keçirilən qarşılaşmanın 5-ci dəqiqəsində "Yuventus"un hücumçusu Randal Kolo Muani birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Niko Pas 45+1-ci dəqiqədə hesabı açıb. Anastasios Duvikas 64-cü dəqiqədə hesab arasındakı fərqi artırıb, 80-ci dəqiqədə isə dublunu rəsmiləşdirib.
Bu qələbədən sonra "Komo" 29 xalla turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. 21 xalı olan "Yuventus" isə yeddinci pillədə qərarlaşıb. Çempionata 13 oyunda 35 xal toplayan Roma "Latsio"su başçılıq edir.
Növbəti turda "Komo" dekabrın 5-də səfərdə "Montsa" ilə, "Yuventus" isə dekabrın 6-da doğma meydanda "Udineze" ilə qarşılaşacaq.