Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna yekun vurulur.
Oxu.Az xəbər verir ki, turun son günündə daha doqquz qarşılaşma baş tutacaq.
Günün erkən oyunlarında "AEK Afina" komandası "Real Madrid"i, "Fənərbağça" klubu isə "Liverpul"u qəbul edəcək.
Gecə saatlarında "Borussiya Dortmund" - "Real Betis", "Porto" - "Napoli", "Leypziq" - "Mançester Siti" və "Slaviya Praqa" - "Arsenal" kimi görüşlər keçiriləcək.
Azərbaycan futbolsevərlərinin diqqəti isə Norveçdə keçiriləcək "Vikinq" - "Sabah" matçına yönələcək. Bakı təmsilçisi səfərdə ilk qələbəsini qazanmağa çalışacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
IV tur
4 noyabr
Saat 21:45. "AEK Afina" - "Real Madrid";
Saat 21:45. "Fənərbağça" - "Liverpul";
5 noyabr
Saat 00:00. "Borussiya Dortmund" - "Real Betis";
Saat 00:00. "Porto" - "Napoli";
Saat 00:00. PSV - "Brügge";
Saat 00:00. "Leypziq" - "Mançester Siti";
Saat 00:00. "Lans" - "Komo";
Saat 00:00. "Slaviya Praqa" - "Arsenal";
Saat 00:00. "Vikinq" - "Sabah".