Fransa millisində son 50 ilin diqqətçəkən hadisələrindən biri baş verib.
Oxu.Az xəbər verir ki, "Komo"nun qapıçısı Jan Butez 31 yaş 3 aylığında karyerasında ilk dəfə Fransa millisinin heyətinə dəvət olunub.
Bununla o, 1976-cı ildən bəri Fransa yığmasına ilk dəfə çağırılan ən yaşlı futbolçu olub. Sonuncu dəfə Jerar Farizon 32 yaş 1 aylığında milli komandaya dəvət almışdı.
Qeyd edək ki, 2025-ci ildən Sesk Fabreqasın rəhbərlik etdiyi "Komo"da çıxış edən Butez İtaliya klubunda 68 oyuna çıxıb və 26 matçda qapısını toxunulmaz saxlayıb.
