İtaliya A Seriyasının 11-ci turunda "İnter" öz meydanında "Komo"nu qəbul edib.
Oxu.Az xəbər verir ki, "San-Siro" stadionunda keçirilən matçda meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.
12-ci dəqiqədə hücumçu Françesko Espozito "İnter"i hesabda irəli çıxarıb. 19-cu dəqiqədə isə Markus Türam Milan təmsilçisinin ikinci qolunu vurub.
Bu nəticədən sonra "İnter" xallarının sayını 28-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Komo" isə 23 xalla beşinci sırada yer alıb.