İtaliya A Seriyasının 12-ci turunda "Atalanta" və "İnter" komandaları arasında keçirilən qarşılaşma 4:4 hesabı ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, qonaqların heyətində Françesko Pio Espozito het-trik edib. Marko Susiç penaltidən fərqlənib.
"Atalanta"nın heyətində isə Şarl De Ketelare dubl edib, Digər qolları Elif Elmas və Frank Kessie vurublar.
Bu nəticədən sonra "İnter" 29 xalla üçüncü, "Atalanta" 15 xalla dördüncü sıradadır.
Qaynar xətt:
(055) 224 12 12