Misli Premyer Liqasının XII turunda "Kəpəz" Gəncə stadionunda "Qarabağ"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmadan əvvəl topa ilk rəmzi toxunuşu "Kəpəz"in tarixi uğurlarında böyük pay sahibi olan Mehman Allahverdiyev edib.
16 minə yaxın azarkeşin izlədiyi oyunda hesab açılmayıb. "Qarabağ" 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Kəpəz" isə 18 xalla altıncıdır.
Xatırladaq ki, XII turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" "Şəfa"nı (2:0), "Neftçi" isə "Araz-Naxçıvan"ı (3:1) məğlub edib.