Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib.
Qeyd edək ki, Ş.Həsənov uzun illər Şəmkir Rayon Statistika İdarəsinin rəis müavini, son üç ildə isə rəisi vəzifəsində çalışıb.
Qaynar xətt:
(055) 224 12 12