Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
İtlər qızın ayaq nahiyəsini dişləyərək ona xəsarət yetiriblər. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb.
Məktəbli qıza həkimlər tərəfindən tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12