Misli Premyer Liqasının XII turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu üçün bilet satışında rekord qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Qarşılaşma üçün bir sutka ərzində 8 400 bilet satılıb. Bu, 15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda yerlərin təxminən 55%-i deməkdir.
Xatırladaq ki, 22 noyabrda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu saat 17:00-da start götürəcək. Cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə (15000 nəfər) qeydə alınıb.