İtaliya A Seriyasının 11-ci turu "Fiorentina" və "Yuventus" komandaları arasında keçirilən matçla başa çatıb.
Oxu.Az xəbər verir ki, Florensiyadakı "Artemio Franki" stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Mateo Pelleqrino dördüncü dəqiqədə "Fiorentina"nı hesabda önə keçirib. Nik Voltemade 32-ci dəqiqədə cavab qolunu vurub. Alyo Ncie 54-cü dəqiqədə Florensiya təmsilçisini yenidən hesabda irəli çıxarsa da, Bremer 66-cı dəqiqədə bərabərlik qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra "Fiorentina" 9 xalla İtaliya çempionatının turnir cədvəlində 15-ci yerdə qərarlaşıb. "Yuventus" isə 18 xalla 7-ci pillədədir.