İspaniya La Liqasının 12-ci turunun son qarşılaşmasında "Atletiko Madrid" və "Barselona" komandaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Madriddəki "Sivitas Metropolitano" stadionunda keçirilən görüş qonaq komandanın qələbəsi ilə başa çatıb - 1:2.
Matçda hesabı 10-cu dəqiqədə "Atletiko"nun hücumçusu Culiano Simeone açıb. Qonaqların yarımmüdafiəçisi Fermin Lopes 45-ci dəqiqədə hesabı bərabərləşdirib. O, 66-cı dəqiqədə daha bir qol vuraraq dubl edib və komandasına qələbə qazandırıb.
İspaniya çempionatında 11 turdan sonra "Atletiko" 28 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Barselona" isə 33 xalla liderliyini davam etdirir.