Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı zədələnən elektrik dirəyi bərpa olunub.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq"ASC-dən verilib.
"İki saat olar ki, işlər tamamilə yekunlaşıb. Zədələnən xətt əməkdaşlarımız tərəfindən tam bərpa edilib. Hazırda kəndlərə elektrik enerjisinin verilişində hər hansı problem yoxdur", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün Lənkəranın Separadi kəndində dörd avtomobilin toqquşması nəticəsində elektrik dirəyi zədələnib. Hadisədən sonra rayonun Separadi və Zövlə kəndlərinin 6 minə qədər sakini işıqsız qalıb.