İndoneziyanın Çikande sənaye rayonunda yerləşən şirniyyat fabrikində yanğın baş verib.
Oxu.Az "Detik" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində fabrikin üç əməkdaşı həyatını itirib.
Xilasedicilər 19 nəfəri sağ aşkar ediblər. Onlardan dördünün xəsarət aldığı bildirilir.
Hazırda daha 36 nəfərin axtarışları davam etdirilir.
İlkin məlumatlara görə, yanğın baş verən zaman fabrikin binasında təxminən 60 nəfər olub.
Qaynar xətt:
(055) 224 12 12