Serbiya parlamentinin yeni tərkibində qadın deputatların payı rekord həddə çatıb.
Oxu.Az "Telegraf" nəşrinə istinadən xəbər verir ki, bu göstərici ölkədə 1990-cı ildə çoxpartiyalı sistemin tətbiqindən bəri ən yüksək səviyyədir.
Parlamentdəki 250 deputat mandatından 102-si qadınlara məxsusdur. Bu, ümumi deputat sayının 40.8 faizi deməkdir.
Hakim "Tələbə siyahısı" fraksiyasında qadın deputatların payı 43.6 faiz, müxalif Serbiya Tərəqqi Partiyasında isə 39.8 faiz təşkil edir. Milli azlıqlara ayrılmış yeddi mandatın hamısını kişilər qazanıblar.
Qeyd edək ki, ölkədə növbədənkənar parlament seçkisi oktyabrın 25-də keçirilib. Seçkidə qalib gələn "Tələbə siyahısı" müstəqil şəkildə hökumət formalaşdırmaq üçün kifayət qədər mandat əldə edib.