Serbiyanın Belqrad şəhəri yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.
Oxu.Az bu barədə "Blic" nəşrinə istinadən məlumat verir.
İlkin məlumatlara görə, "MiQ-29" qırıcı təyyarəsi yerə çırpılıb. Qəza yerində yanğın baş verib və dağıntılar üzərindən qatı qara tüstü qalxıb. Pilotun öldüyünə dair məlumatlar yayılsa da, bu, hələlik rəsmi təsdiq edilməyib.
Bildirilir ki, Serbiya Silahlı Qüvvələrinə məxsus təyyarə Nova-Pazova ilə Stara-Pazova yaşayış məntəqələri arasındakı ərazidə qəzaya uğrayıb. Hadisənin səbəbi hələlik məlum deyil.
Əraziyə yanğınsöndürənlər, polis, hərbi polis və təcili yardım briqadaları cəlb edilib.