Avstriyanın Xarici İşlər Nazirliyi saytına kiberhücum edildiyini və nəticədə hakerlərin qurum əməkdaşlarının, eləcə də xaricdəki diplomatik nümayəndəliklərin xidməti əlaqə məlumatlarına çıxış əldə etdiklərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Austria Presse Agentur" nazirliyin yaydığı bəyanata istinadən məlumat yayıb.
Kənar podratçı şirkət tərəfindən idarə olunan sayta icazəsiz giriş noyabrın 12-dən 13-nə keçən gecə baş verib. Nazirliyin məlumatına görə, insident "Microsoft" sistemlərinin qlobal miqyaslı nasazlığı ilə eyni vaxta təsadüf edib. İcazəsiz giriş noyabrın 13-də aşkarlanıb və dərhal qarşısı alınıb.
Hakerlər XİN-in mərkəzi aparatının əməkdaşlarının, eləcə də Avstriyanın xaricdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının adları və xidməti əlaqə məlumatları olan qeydlərə baxıblar. İnsident nəticəsində vətəndaşların şəxsi məlumatları zərər görməyib.
Nazirlik bildirib ki, gələcəkdə icazəsiz girişlərin qarşısını almaq üçün kənar podratçı şirkətlə birlikdə dərhal tədbirlər görülüb.