Məşhur avstriyalı futbolçu David Alaba azad agent kimi "Udineze"yə transfer olunub.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 34 yaşlı müdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2027-ci il iyunun 30-da başa çatacaq.
Xatırladaq ki, yay aylarında müqaviləsi bitdiyi üçün Alaba "Real Madrid"dən ayrılmışdı. Avstriyalı futbolçu İspaniya təmsilçisinin heyətində keçirdiyi beş mövsüm ərzində 132 oyuna çıxıb və beş qol vurub. O, bundan əvvəl Almaniyanın "Bavariya" və "Hoffenhaym" klublarının da formasını geyinib. Alaba həm "Real Madrid", həm də "Bavariya"nın heyətində iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, "Udineze" İtaliya çempionatının arxada qalan beş turundan sonra 4 xal toplayaraq turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.