ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı qərarlar qəbul edərkən Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini nəzərə almadan hərəkət etmək niyyətində olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə NBC telekanalına müsahibəsində danışıb.
ABŞ prezidenti Zelenskinin Ukrayna ilə bağlı qərarların birtərəfli qaydada qəbul edilməməsi barədə çağırışını xatırladan jurnalist Qeyb Qutyerresə cavabında onunla razı olduğunu deyib.
"Bu məsələdə onunla razıyam. Mən onsuz heç nə etməyəcəyəm. Axı o, bu dövlətin rəhbəridir. Mən belə davranmayacağam", - deyə Tramp bildirib.