"Barselona" və İspaniya millisinin sabiq kapitanı Karles Puyol Andorranın "İnter Eskaldes" klubunun beynəlxalq futbol və əlaqələr üzrə direktoru təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Karles Puyol beynəlxalq futbol və əlaqələr üzrə direktor kimi klubumuza qoşulur. Onun gəlişi klubun institusional inkişafında yeni mərhələdir", - deyə klubun məlumatında bildirilir.
Qeyd edək ki, 48 yaşlı Puyol 2014-cü ildə futbolçu karyerasını başa vurub. O, peşəkar karyerasının tamamını "Barselona"da keçirib.