"Instagram" sosial şəbəkəsində artıq paylaşılan hekayələri ("Story") redaktə etmək mümkün olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə layihənin rəhbəri Adam Mosseri sosial şəbəkədəki səhifəsində bildirib.
Onun sözlərinə görə, yeni funksiya paylaşım etdikdən dərhal sonra yazı səhvi aşkar edən istifadəçilər üçün faydalı olacaq. Əvvəllər səhvi düzəltmək üçün hekayəni silib yenidən paylaşmaq lazım gəlirdi. İndi isə bunu birbaşa redaktə etmək mümkündür.
Belə ki, istifadəçilər paylaşım etdikdən sonra 15 dəqiqə ərzində mətni, musiqini, stikerləri və rəsmləri dəyişə biləcəklər. Mosserinin sözlərinə görə, redaktə baxış, bəyənmə və cavab sayına təsir etməyəcək.
Artıq paylaşılmış hekayəni redaktə etmək üçün ekranın sağ aşağı küncündəki üç nöqtəyə toxunmaq və müvafiq seçimi seçmək lazımdır.
