Rusiyanın Hava-Kosmik Qüvvələrinin (HKQ) baş komandanının silahlanma üzrə müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvanın 235-ci qarnizon hərbi məhkəməsi qərar çıxarıb.
İttihamın konkret nədən ibarət olduğu hələlik məlum deyil. Generalın həbs edilməsi ilə bağlı vəsatəti Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi irəli sürüb.
Qaynar xətt:
(055) 224 12 12