Dağıstanlı pəhləvan Ömər Xanapiyev Mahaçqalada dişləri ilə 125 ton ağırlığında teplovozu 15 metr məsafəyə çəkərək yeni dünya rekordu müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə respublikanın İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, Xanapiyevin 68-ci dünya rekordudur. Pəhləvan 26 il əvvəl müəyyənləşdirdiyi öz rekordunu da yeniləyib. Belə ki, o, 2000-ci ildə dişləri ilə 120 ton ağırlığında teplovozu yeddi metr məsafəyə çəkmişdi.
Xanapiyev növbəti rekorda da hazırlaşır. O, ilin sonunadək Mahaçqala limanında dişləri ilə 5 000 ton ağırlığında gəmini çəkməyi planlaşdırır.