2026/27 mövsümü üzrə UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin II turu turnir tarixində yeni məhsuldarlıq rekordu müəyyənləşdirib. Oynanılan 18 görüşdə komandalar ümumilikdə 78 dəfə fərqləniblər ki, bu da hər matç üçün orta hesabla 4.33 qol təşkil edir.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytı məlumat yayıb.
Əvvəlki məhsuldarlıq ötən mövsümdə qeydə alınmışdı. Belə ki, 2025/26 mövsümündə ÇL-in əsas mərhələsinin III turunda 18 matçda 71 qol vurulmuşdu (hər oyuna 3.94 qol). Qeyd edək ki, yarışın formatında dəyişiklik 2024/25 mövsümündə baş verib. Qrup oyunları 36 klubun iştirak etdiyi Liqa mərhələsi ilə əvəz olunub və bunun nəticəsində hər turdakı görüşlərin sayı 16-dan 18-ə çatdırılıb.