Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi "Beşiktaş"ın Batumidə "Hapoel Beer-Şeva"ya qarşı keçirdiyi oyun zamanı baş verən hadisələrlə bağlı gürcüstanlı həmkarı Sulxan Tamazaşvili ilə telefon danışığı aparıb.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, Çiftçi türkiyəli azarkeşlərə qarşı güc tətbiq edilməsindən narazılığını bildirib və onların Türkiyəyə təhlükəsiz şəkildə qayıtmalarının təmin olunmasını istəyib.
Tamazaşvili isə Fələstin bayraqlarının azarkeşlərin əlindən Gürcüstanın dövlət rəsmiləri deyil, UEFA nümayəndələri tərəfindən alındığını bildirib. O, hadisələrdən sonra müavinini stadiona göndərdiyini də qeyd edib.