Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində dövlət mülkiyyətinə aid bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, qoyuluş gücü 70 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 7.6154 hektar və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 1.1716 hektar olmaqla, ümumilikdə 8.7870 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib.