Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-ın məlumatına görə, hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Zərərçəkən ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, avtomobil "Rent-a-Car"dan icarəyə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12