Çinin Hunan əyalətinin mərkəzi Çanşa şəhərində qanadları olmayan uçan avtomobilin prototipi ilk uçuşunu həyata keçirib.
Oxu.Az "China Xinhua News" agentliyinə istinadən xəbər verir ki, avtomobilin havaya qalxmasını qanadlar deyil, kuzova quraşdırılmış ventilyatorlar təmin edir.
"Qanadları olmayan bu uçan avtomobil əyləncəli görünə bilər, lakin onun yaradılmasının arxasında ciddi texnologiyalar dayanır", - nəşrdə qeyd olunub.
Agentliyin məlumatına görə, sınaqlar artıq keçirilib. Aparat havada saatda 150 km, yolda isə maksimum 80 km sürət yığa bilir. Onun hərəkət ehtiyatı 300 kilometrə çatır.