Noyabrın 19-da ABŞ Prezidenti Donald Trampı müşayiət edən jurnalistlərə Çindən uçuş zamanı "Air Force One" təyyarəsinin göyərtəsində mobil telefonlarını təhvil vermək tapşırılıb.
Oxu.Az bu barədə AFP agentliyinə istinadən xəbər verir.
Prezident təyyarəsində olan AFP jurnalisti Şençjendən havaya qalxdıqdan qısa müddət sonra telefonların təhlükəsizlik səbəbindən müvəqqəti götürüldüyünü bildirib.
Bu qeyri-adi təhlükəsizlik tədbiri ilə bağlı əlavə izahat verilməyib. Ağ Ev Müxbirləri Assosiasiyasının prezidenti, "Fox News"un müxbiri Ceki Haynrix qeyd edib ki, Trampın may ayında Çinə əvvəlki səfəri zamanı jurnalistlərin telefonları götürülməmişdi.
O, bu tədbirin Alyaska üzərində uçuş məhdudiyyətlərindəki dəyişikliklərlə yanaşı, "Air Force One" təyyarəsinin birbaşa ABŞ-yə qayıdıb-qayıtmadığı ilə bağlı suallar yaratdığını bildirib.
Jurnalistlər Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün daha əvvəl barəsində dəfələrlə bəhs etdiyi adı açıqlanmayan başqa bir yerə uçmuş ola biləcəyinə eyham vururlar.