Hollivud aktyorları Bryus Uillis və Demi Murun qızı Tallula ağır xəstə olan 71 yaşlı atası ilə birgə çəkdirdiyi fotosunu bir gün əvvəl şəxsi bloqunda paylaşdıqdan sonra silib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Instagram" sosial şəbəkəsində yazıb.
Tallula şəklin ictimaiyyət üçün həddindən artıq şəxsi olduğunu qeyd edib və onu düşünmədən paylaşdığına görə üzr istəyib.
"Mən bunu qəbul edirəm və bundan sonra daha ehtiyatlı davranacağıma söz verirəm. Bilirəm ki, hamınız onu sevirsiniz. Mən də onu sevirəm. Ailəm də onu sevir. O, bizim tanıdığımız əsl qəhrəman olaraq qalır", - deyə o əlavə edib.

Xatırladaq ki, 2022-ci ildə Bryus Uillisin ailəsi aktyora afaziya diaqnozu qoyulduğunu və bu səbəbdən onun karyerasını başa vurduğunu açıqlayıb. Sonradan diaqnoz dəyişdirilib. Məlum olub ki, aktyor əslində sağalmaz və sürətlə irəliləyən frontotemporal demensiyadan əziyyət çəkir. Dəqiq diaqnoz qoyulduqdan sonra xəstələrin orta ömür uzunluğu üç ildən yeddi ilədək təşkil edir.
Xəstəliyinə baxmayaraq, Bryus Uillis bu yaxınlarda qızının toyunda iştirak edib.