Amerikalı müğənni, pop ulduz Britni Spirs özünün "BTiny" adlı zərgərlik brendini təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.
Bildirilib ki, hazırda brendin zinət əşyalarını əldə etmək mümkün deyil. Lakin pərəstişkarlar satışların başlanması barədə ilk məlumat alanlardan olmaq üçün brendin rəsmi saytında elektron poçt ünvanlarını və ya telefon nömrələrini qeydiyyatdan keçirə bilərlər.
Nəşrin məlumatına görə, Britni Spirsdə şəxsi zərgərlik brendini yaratmaq ideyası hələ 2003-cü ildə yaranıb.
Pop ulduz son bir il ərzində zinət əşyaları kolleksiyası üzərində fəal şəkildə çalışıb.
Hələlik kolleksiyaya daxil olan zinət əşyalarının dizaynı, qiymətləri və satışa çıxarılacağı dəqiq tarix açıqlanmayıb.
