ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin dayandırılması barədə razılıq əldə olunmasa, yeni ildən sonra Tehrana zərbələrin bərpasına meyilli olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri ilə müsahibədən sonra "Fox News" telekanalının jurnalisti Tre Yinqst məlumat verib.
Tramp, eyni zamanda tərəflər arasında danışıqların birbaşa deyil, vasitəçilər üzərindən aparıldığını təsdiqləyib. Danışıqlarda vasitəçi qismində Qətər çıxış edir.
Tre Yinqstin bildirdiyinə görə, Qətər Vaşinqtonla Tehran arasında mesajlar ötürərək münaqişənin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığını müəyyənləşdirməyə çalışır.