İngiltərənin Mançester şəhərində amerikalı reper Don Toliverin konserti zamanı naməlum şəxs gözyaşardıcı qazdan istifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri yayıb.
Bildirilir ki, qazın püskürdülməsi məkanda sıxlığa səbəb olub və Toliver çıxışını vaxtından əvvəl bitirməyə məcbur qalıb.
Hadisə yerinə təcili yardım və xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Yerli polis konsert iştirakçıları arasında ciddi xəsarət alanların olmadığını bildirib.
Qeyd edək ki, musiqi tədbirinin keçirildiyi "Co-op Live" arenası 23.5 min tamaşaçı tutumuna malikdir. Arena bu göstərici ilə ölkənin ən böyük qapalı tədbir məkanıdır.