Rusiyada yaşayan azərbaycanlı Şamil Həsənovla erməni David Aleksanyanın dostluğu sosial şəbəkələrdə gündəm olub.
Oxu.Az İTV-yə istinadən xəbər verir ki, eyni klinikada işləyən həkimlər müxtəlif vaxtlarda birlikdə çəkilmiş foto və videolarını paylaşaraq izləyicilərin diqqətini cəlb edirlər. Münasibətləri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunsa da, bu, onların dostluğuna təsir etmir.
Həkimlər paylaşımlarında iki xalq arasında mübahisə doğuran məsələlərə də yumorla yanaşırlar. Onlardan biri dolmanın hansı xalqa məxsus olması ilə bağlı zarafatlaşmalarıdır.
Şamil və Davidin ortaq arzusu Azərbaycan və Ermənistan xalqları arasında münasibətlərin normallaşması, fikir ayrılıqlarının isə gələcəkdə yalnız dolma kimi mövzular ətrafında qalmasıdır.
Onların dostluğu insanlar arasında qarşılıqlı hörmətin, ünsiyyətin və anlayışın düşmənçilikdən daha üstün olduğunu göstərən nümunə kimi diqqət çəkir.