Gəncədə bir müddət öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlanan xəstəxananın şöbə rəhbəri vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına görə, Gəncə şəhər Zülfüqar Məmmədov adına xəstəxananın Endokrinoloji Şöbəsinin müdiri Sevda Əsgərova işdən çıxarılıb.
Qeyd edək ki, bir müddət öncə TƏBİB-in Daxili nəzarət departamenti tərəfindən bu şöbədə də araşdırma aparılıb və çatışmazlıqlar üzə çıxıb.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12