Polşa Prezidenti Karol Navrotski ABŞ lideri Donald Trampa üzəri kəhrəba ilə zəngin şəkildə işlənmiş kreslo bağışlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı xəbər yayıb.
Bu fərqli hədiyyə Ağ Ev rəhbərinin doğum gününə təsadüf edib. Navrotski öz hədiyyəsini gizli saxlamağa qərar verib. Belə ki, bu barədə nə Polşanın Xarici İşlər Nazirliyi, nə Vaşinqtondakı səfirlik, nə də geniş ictimaiyyət məlumatlı olub.

Mətbuat nümayəndələri öyrəniblər ki, Tramp üçün "taxt" kimi də xarakterizə olunan hədiyyə barədə məlumatı hətta Polşa Prezidenti Administrasiyasının nümayəndələri də gizli saxlayıblar.