"Comex" birjasında 2026-cı ilin avqust ayına çatdırılma ilə qızıl füçerslərinin qiyməti iyulun 14-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 4 100 dollar həddini aşıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar ticarət platformasının rəsmi göstəricilərində öz əksini tapıb.
Bakı vaxtı ilə saat 04:17-yə olan məlumata əsasən, qızılın dəyəri 2.17% bahalaşaraq bir trua unsiyası üçün 4 102.9 dollara qədər yüksəlib.
Saat 04:50-yə doğru füçerslərin artım tempi bir qədər yavaşlayıb və bir unsiya üçün 4 101.9 dollar (+2.14%) səviyyəsində qərarlaşıb.
Eyni zamanda, "Comex" birjasında 2026-cı ilin sentyabrında tədarük ediləcək gümüş füçersinin qiyməti də iyulun 14-dən sonra ilk dəfə olaraq bir trua unsiyası üçün 60 dolları ötüb.
Saat 05:08-ə olan rəqəmlərə görə, gümüşün qiyməti 5.37% artaraq bir trua unsiyası üçün 60.135 dollara çatıb. Saat 05:16-da isə gümüşün bir trua unsiyasının ticarət dəyəri 60.21 dollara (+5.5%) bərabər olub.