"Comex" ticarət birjasında 2026-cı ilin dekabrında tədarük edilməsi nəzərdə tutulan qızıl füçerslərinin dəyəri 2025-ci ilin 29 sentyabr tarixindən etibarən ilk dəfə bir trua unsiyası üçün 3 800 dollardan aşağı həddə enib.
Oxu.Az xəbər verir ki, bu göstəricilər birjanın ticarət məlumatlarında öz əksini tapıb.
Bakı vaxtı ilə saat 06:06-dakı göstəricilərə əsasən, qiymətli metalın dəyəri 1.44% azalaraq bir trua unsiyası üzrə 3 841.5 dollara düşüb. Saat 06:36-da isə ucuzlaşma tempi qismən səngiyib və qızılın bir unsiyasının dəyəri 3 803 dollarda qərarlaşıb (-1.3%).