"Hazırda əhalinin əmanətlərinin yalnız 28%-i xarici valyutadadır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda deyib.
O bildirib ki, cari ilin 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb:
"Kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı üstələyib. İlin əvvəlindən bankların biznes kreditləri 17% artaraq 19 milyard manata yaxınlaşıb. Əhalinin əmanətləri isə 15%-ə yaxın artaraq tarixi rekord səviyyəyə - 18.7 milyard manata çatıb. Son illərdə bank sektoru üzrə unikal əmanətçilərin sayında da artım müşahidə olunur. 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçilərin sayı 2.2 dəfə artaraq 235 min nəfəri ötüb. Əhalinin əmanətlərində dedollarlaşma tendensiyası davam edir. Hazırda əhalinin əmanətlərinin yalnız 28%-i xarici valyutadadır".