Goranboyda torpaq sürüşməsi olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Ağcakənd kəndində qeydə alınıb.
Hadisə nəticəsində ərazidən keçən diametri 219 millimetr olan magistral su borusu zədələnib və 1100 abonentin su təchizatı dayanıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub, yaranmış problem aradan qaldırılıb.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12