Cəlilabad rayonunda sabiq vəzifəli şəxs vəfat edib.
Oxu.Az xəbər verir ki, Qılınc Məmmədov 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Q. Məmmədov 1938-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. O uzun illər ərzində müxtəlif məsul vəzifələrdə çalışıb. 27 yaşında Azərbaycanda ən gənc sovxoz direktorlarından biri təyin olunan Qılınc Məmmədov sonrakı 28 il ərzində sovxoza rəhbərlik edib.
Daha sonra o, Ekologiya Nazirliyinin regional idarəsinə rəhbərlik edib, eləcə də nazirliyin şöbə müdirinin müavini kimi çalışıb.
İqbal Ziya